Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıbbackend

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “BurgasMedia” nəşri məlumat yayıb.

Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib, yeddisi isə itkin düşüb.

Gəmini idarə edən şirkətin məlumatına görə, itkin düşənlərdən altısı Benin, biri isə Rusiya vətəndaşı olub.

Hazırda itkin düşən daha iki dənizçinin axtarışları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*