Bu ölkələr ABŞ istehsalı olan raketlər alacaqbackend

Bu ölkələr ABŞ istehsalı olan raketlər alacaq

Almaniya və İsveç Amerika Birləşmiş Ştatlarından ümumi dəyəri 3,5 milyard dollar olan AMRAAM “hava-hava” raketləri alacaq.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Almaniya və İsveçə 1219 ədəd AIM-120C-8 AMRAAM “hava-hava” raketlərinin çatdırılmasını təsdiqləyib.

Ümumilikdə, Almaniya 969-a qədər təkmilləşdirilmiş AIM-120C-8 AMRAAM orta diapazonlu “hava-hava” raketlərinin, həmçinin 12 AMRAAM C8 istiqamətləndirici bölmənin və bir sıra əlavə proqram təminatı və dəstək avadanlığının alınması ilə bağlı müraciət edib. Nəzərdə tutulan sövdələşmənin ümumi dəyəri 2,9 milyard dollar qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*