Bu ölkənin keçmiş prezidenti öldübackend

Bu ölkənin keçmiş prezidenti öldü

Keniyanın keçmiş prezidenti Deniel Arap Moi 95 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Citizen televiziyasına siyasətçinin mətbuat katibi verib.

Mənbə bildirir ki, sabiq prezidentin sağlamlığında son 3 ildə problem yaşanıb və o, ötən ilin sentyabrında xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri tibb müəssisəsini tərk etməyib.

Məlumdur ki, 2017-ci ilin yanvar ayında 2006-cı ildə keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra onun dizində əməliyyat keçirilib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*