“Bu qış gündə 2000-dən çox ölüm ola bilər” – Xəbərdarlıqbackend

“Bu qış gündə 2000-dən çox ölüm ola bilər” - Xəbərdarlıq

“Demək olar ki, bütün COVID-19 peyvəndlərinin işə yarayacağına inanıram”.

KONKRET.az xəbər verir ki, bunu texnologiya nəhəngi “Microsoft”un qurucusu Bill Qeyts açıqlayıb.

Peyvəndin hazırlanması üçün milyonlarla dollar ianə edən Bill Qeyts bəzi qiymətləndirmələr də edib:

“Şirkət məlumatlarına görə, hazırda “Pfizer/BioNTech” və “Moderna”nın peyvəndləri təsirlidir. Digər peyvənd namizədlərinin də oxşar uğur qazanacağını gözləyirəm. Fevral ayına qədər böyük ehtimalla hamısı çox təsirli və etibarlı olduqlarını sübut edəcəklər. Bu məsələdə nikbinəm”.

Bill Qeyts epidemiyanın mərkəzinə çevrilmiş ABŞ-da yoluxma sayında ciddi artımın olduğunu da qeyd edib: “Yoluxma hələ də yüksəkdir və bu artımın 2021-ci ilin fevralına qədər davam edəcəyi gözlənilir. Bu qış gündə 2000-dən çox ölüm ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*