Bu şəxslər üçün gediş haqlarında güzəştlər nə vaxt olacaq?backend

Bu şəxslər üçün gediş haqlarında güzəştlər nə vaxt olacaq?

Böyüklər də, uşaqlar da eyni gedişi ödəyirlər. Bu, düzgün bir mexanizm deyil. Heç bir güzəşt olmadıqda valideynlər övladlarını şəxsi avtomobillərlə aparmağa üsütünlük verirlər. Hələlik, qanunla müəyyən edilmiş standart belədir.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı nəqliyyat vasitələrindən istifadə zamanı azyaşlılarla böyüklərin gediş haqqının eyni olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı ilə bağlı proses başa çatan kimi bu məsələni gündəmə gətirmək lazımdır:

“Gələcəkdə tələbələrə, təqaüdçülərə və digər kateqoriyadan olan insanlara ictimai nəqliyyatda güzəştlər nəzərdə tutulub. Bununla bağlı müzakirələr gedir. İndi kart sisteminin tətbiqi bir az çətinliklər yaradır. Çünki bütün avtobuslar kart siteminə keçmədiyinə görə, “kimə güzəşt edilməlidir” sualının cavabını tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycanda kart sistemi tam tətbiq edildikdən sonra bu barədə düşünmək lazımdır. Çünki insanları ictimai nəqliyyata həvəsləndirmək, stimullaşdırmaq üçün müəyyən güzəştlər vacibdir. Bu güzəştlər nə qədər çox olarsa, ictimai nəqliyyata axın da o qədər çox olacaq”.

  • Ziko
    Sentyabr 24, 2024 - 11:19

    Qonşu dövlətlərdə nə qədər güzəştlər var uşaqlara tələblərə əlillərə təqaüdçülərə . Dövlət əmlakını oğurlayan məmurlarlardan müsadirə olunan milyardları müsadirə edib sonra qaytarmasınlar həmin məmurlara . belə xeyirxah işlərə , kasıblara sərf etsinlər. Həm savab qazanarlar həm də aşağı orta təbəqə sevinmiş olar. Onsuzda varlıların özləri də ailəsi də şəxsi maşınlardan istifadə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*