FİFA “Fənərbağça” klubuna üç dönəm müddətinə transfer qadağası tətbiq edib. Sarı-lacivərdli klub verilən cəza ilə bağlı açıqlama yayıb. Qadağanın müəyyən ödənişlərin həyata keçirilməsindən sonra aradan qaldırılacağı bildirilib.
KONKRET.az-ın məlumatına görə, “Fənərbağça” klubunun açıqlamasında bildirilib ki, üç transfer dönəmi üçün tətbiq edilən qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandaya qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır:
“Mətbuatda klubumuzla bağlı yer alan FİFA-nın transfer qadağası barədə xəbərlərlə əlaqədar azarkeşlərimizi və ictimaiyyəti məlumatlandırmaq istəyirik. Klubumuza tətbiq edilən üç transfer dönəmlik qadağa müvəqqətidir və 2024-2025 mövsümündə komandamıza qoşulan Yussef En-Nəsirinin transfer haqqı ilə bağlıdır.
Futbolçunun transfer haqqına dair 30 aprel 2026-cı il tarixində ödənilməli olan taksit ödənilmədiyi üçün müvafiq klub FİFA-ya müraciət edib. Rəhbərliyimiz də vəzifəsinin icrasına başladıqdan sonra gecikmiş taksiti ödəyib. Müvafiq klubun FİFA-da açdığı işdə növbəti taksitin də ödənilməsi tələb olunub. Biz isə ödənişi həyata keçirmək üçün FİFA-nın qərarını gözləmişik.
Klubumuz FİFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcək. FİFA qarşısında bürokratik prosedurlar tamamlandıqdan sonra transfer qadağası aradan qaldırılacaq.
Bundan əlavə, əvvəlki dövrə aid bütün maliyyə göstəriciləri və öhdəliklər sabah, sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayımızda Konqres üzvlərimiz və ictimaiyyətlə şəffaf şəkildə paylaşılacaq”.\\qaynarinfo.az
