ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsi məsələsini ölkənin prezident səlahiyyətini icra edən Delsi Rodriqeslə müzakirə etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bəli, seçkilər barədə danışdım. O, çox mehriban, həqiqətən də möhtəşəm idi. Venesuela indi öz xalqı üçün çoxlu pul qazanır”, – ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, bundan əvvəl Delsi Rodriqes BMT Baş Assambleyasının tribunasından çıxış edərkən Venesuelada prezident seçkilərinin xalqın doğru hesab etdiyi vaxtda keçiriləcəyini bildirib.
“Seçkilər xalqımızın düzgün vaxt hesab etdiyi zaman keçiriləcək, kənardan bizə göstəriş verilən vaxtda deyil”, – Rodriqes deyib.
