backend

Bu şəxslərə güzəştli kreditlər verilə bilər - TƏKLİF

Azərbaycanda əlilliyi olan şəxslərə də güzəştli kreditlərin verilməsi təklif edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində qeyd olunub.

Sənəddə əlilliyi olan şəxslərin, habelə qadınların sahibkarlıq fəaliyyətinə daha aktiv cəlb olunmasını təmin etmək məqsədi ilə güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiq edilməsi və bu kimi digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi mexanizminin işlənib hazırlanması təklif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*