“Aİ təhlükəsizlik təhdidləri səbəbindən müharibədə iştirak edən ukraynalıları ölkəyə buraxmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski deyib.
O bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Avropa psixikası pozulmuş yüz minlərlə insanla məşğul olmamaq üçün nəticələnməmək üçün sərhədlərini ukraynalıların üzünə bağlayacaq.
Deputat əlavə edib ki, Ukrayna hakimiyyət orqanları tərəfindən yaradılmış çağırışçıların reyestri Polşadakı serverlərdə yerləşib. Bu səbəbdən avropalıların ukraynalı hərbçilər haqqında bütün məlumatları var.
“Ukraynalılara Avropa İttifaqını vəd edib, sonra onları ölkəyə buraxmamaq Zelenski ilə avropalılar arasında əvvəlcədən razılaşdırılmış siyasət idi”, – deputat vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az