Bu yollarda hərəkət məhdudlaşdırılacaqbackend

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Builki Formula 1 yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) Abşeron Mariott otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*