“Bu yollarda maşın yox, hətta adam da batar” – Quba sakinləri FƏRYAD EDİR – VİDEObackend

"Bu yollarda maşın yox, hətta adam da batar" - Quba sakinləri FƏRYAD EDİR - VİDEO

1000 nəfərdən çox əhalisi olan Qubanın Birinci Nügədi kəndinin 5-ci məhəlləsinin sakinləri yolsuzluqdan şikayət edirlər.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, sözügedən ərazidə yolun bərbad olması gediş-gəlişi çətinləşdirib. Sakinlərin sözlərinə görə, havanın yağıntılı olması insanların vəziyyətini daha da acınacaqlı edir. Belə ki, yollarda böyük gölməçələr yaranır, rayon mərkəzinə gediş-gəliş çətinləşir, həmin yollarla hərəkət edən avtomobillər ciddi zərər görür.

Qeyd edək ki, mövcud problemin həlli kimi yolun çınqıl və daş örtüyü ilə bərpa edilməsi məqsədəuyğun olsa da, bu günə qədər heç bir əməli tədbir görülməyib.

Quba Rayon İcra Hakimiyyətinin Birinci Nügədi icra nümayəndəsi Elvin Abdullayev “Konkret.az”a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib. O qeyd edib ki, vətəndaşların müraciəti əsasında  rəhbərlik tərəfindən yola baxış keçirilib. İcra nümayəndəsi onu da əlavə edib ki, yola bu il asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən layihə həyata keçərsə, bu zaman 5-ci məhəllə sakinlərinin yol problemi həllini tapar.

Emin Kərimov,

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*