Bugünkü Bakı-Həştərxan reysinə bilet alanların DİQQƏTİNƏ! – Uçuş LƏĞV EDİLDİbackend

Bugünkü Bakı-Həştərxan reysinə bilet alanların DİQQƏTİNƏ! - Uçuş LƏĞV EDİLDİ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib.

Bu barədə KONKRET.az-a AZAL-dan bildirlib.

Məlumatda deyilir ki, Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysi ləğv edilib.

“Rosaviasiya”nın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*