Bulvarda çökmə oldu – FOTObackend

Bulvarda çökmə oldu - FOTO

Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir.

KONKRET.az  bildirir ki, “Dənizkənarı Milli Park” MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir:

“Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir. Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*