backend

Bulvarda məktəbli qız dənizə düşdü

Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

KONKRET.AZ xəbər verir ki, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb.

Azyaşlı qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*