Bunlara qarşı üzərlik yandırın – Özbək və türkmənlərin sirribackend

Bunlara qarşı üzərlik yandırın - Özbək və türkmənlərin sirri

Orta Asiya ölkələrində də bizdəki kimi gözdəymə və xəstəliklər zamanı qədim inanca görə yandırılan üzərlik otu həm də virus, parazit və bakteriyaları öldürən antivirus təsirə malikdir.

KONKRET.az medicina.az-a istinadən xəbər verir ki, məşhur rusiyalı həkim Uvaydov bildirir ki, evlərin dezinfeksiya edilməsi üçün üzərlik yandıra, eləcə də onun tüstüsünə evi, əşyaları, uşaqları və özünüzü tuta bilərsiz.

Üzərlik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözlə görünməyən bütün virusları məhv edir.

O qeyd edib ki, üzərlik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edir.

Özbəkistan, Türkmənistan və bir çox türk xalqlarında üzərlik qrip olan şəxsin otağında yandırılar, eləcə də suyu içilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*