“Onlar Ağdam marşrutunu vasitəçilərin gündəliyinə daxil edə biliblər və Azərbaycan tərəfdən yük maşınlarının çıxışını təmin edərək, Laçın dəhlizinin müstəsna rolunu azalda biliblər”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “sabiq dövlət nazirinin müşaviri” Artak Beqlaryan öz Telegram kanalında yazıb.
O bildirib ki, bu, Əliyevin uğuru kimi qiymətləndirilə bilər.
“Bunu Əliyevin uğuru hesab etmək olar. Bu, həmçinin Rusiya üçün uğur kimi şərh olunsa da, ümumilikdə onlar üçün uğursuzluqdur. Çünki onlar Laçın dəhlizinin açılmasını öz öhdəliklərinə uyğun olaraq təmin edə bilmədilər və ən azı Ağdam marşrutu ilə eyni vaxtda Azərbaycanı Laçın yolunu onu açmağa sövq etmədilər”, – deyə Beqlaryan bildirib.
Qeyd edək kimi, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə gedib.
Günel Mikayılova,
KONKRET.az