“Burada rusiyalı təlimatçılar işləyir, onların sayı artacaq” – Lavrovbackend

"Burada rusiyalı təlimatçılar işləyir, onların sayı artacaq” - Lavrov

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Burkina-Fasodakı rus hərbi təlimatçılarının sayının artırılmasının  vacibliyini dilə gətirib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu açıqlamanı Afrika ölkələrinə etdiyi səfər çərçivəsində verib.

Onun sözlərinə görə, Rusiya həmçinin təhlükəsizlik üçün zəruri olan silah və digər malların tədarükünü artıracaq.

Lavrov Burkina Faso səfərinə deyib: “Burada (Burkina Fasoda) rusiyalı təlimatçılar işləyir, onların sayı artacaq”.

Nazir qeyd edib ki, Rusiya məqsədyönlü şəkildə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və kəşfiyyat orqanlarını hazırlayır. Lavrovun sözlərinə görə, bu tip qarşılıqlı fəaliyyət artıq yaxşı qurulub və iki ölkənin təhlükəsizlik qüvvələri arasında möhkəm əlaqələr qurulub.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*