Burak Yılmaz istefa verdibackend

Burak Yılmaz istefa verdi

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

KONKRET.az xəbər verir ki, o, Super Liqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.

39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. Şenol Güneşin gedişindən sonra təyinat alan Yılmaz 5 matçda komandaya rəhbərlik edib, “ağ-qaralar” bu görüşlərdə 4 məğlubiyyət və 1 qələbə qazanıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*