Bütün ermənilərin katolikosu II Qareqin ABŞ Senatının qətnaməsini alqışladıbackend

Bütün ermənilərin katolikosu II Qareqin ABŞ Senatının qətnaməsini alqışladı

KONKRET.az bildirir ki, bütün ermənilərin katolikosu II Qareqin yaydığı müraciətdə ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımını” tanıyan qətnamənin qəbul edilməsini “tarixi ədalətin bərpasında vacib addım” adlandırıb.

Ali Patriarxın müraciətində deyilir: “Soyqırımdan sağ çıxan xalqımız üçün tarixi ədalətin bərpası uğrunda mübarizədə mühüm mərhələ olan ABŞ Senatının bu qətiyyətli addımını öyrənməkdən məmnunuq. Biz də bütün milli quruluşlarımızın və erməni soyqırımının beynəlxalq səviyyədə tanınması və pislənməsi ilə bağlı çoxillik vətənpərvərlik işlərini alqışlayırıq. Milli məqsədlərimizə çatmaq üçün hələ görüləsi çox işimiz var”.

Xatırladaq ki, dekabrın 12-də ABŞ Senatı yekdilliklə qondarma “erməni soyqırımını” tanıyan qətnamə qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*