Bütün gözlər Milli Məclisə dikilib – ŞOK DETALLARbackend

Bütün gözlər Milli Məclisə dikilib – ŞOK DETALLAR

2005-ci il parlament seçkilərindən sonra Milli Məclis sədri seçilən Oqtay Əsədov səlahiyyətlərini həyata keçirməyə başladığı ilk gündən MM Aparatında attestasiya adı altında guya ciddi “kadr dəyişiklikləri”nə baslamışdı. Nəticədə uzun illər qanunvericilik sahəsində peşəkarlığı ilə seçilən Aparatda “can qoymuş” hüquqşünasların bir qismi Murtuz Ələsgərovun komandası adı altında məqsədli şəkildə vəzifədən kənarlaşdırıldı, bu iş sonrakı illərdə də mərhələli qaydada davam etdi. Bu, bir yana qalsın, onların yerinə işə götürülən işçilərin heç bir peşəkarlıq səviyyəsi nəzərə alınmayıb, yalnız hansısa icra başçısının oğlu, kürəkəni, hansısa deputatın oğlu və ya qızı, Oqtay Əsədovun qohumu olması əsas meyar olmuşdu. Nəticədə Milli Məclis Aparatında kadr potensialı biabırçı şəkildə pisləşmiş, kimlərinsə qohumları aparata “doluşmuşdu”.

KONKRET.az genişləndirilmiş siyahını oxucuların diqqətinə çatdırır:

Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov, qaniçən Akif Çovdarovun oğlu Ruslan Çovdarov, Abşeronun icra başçısı İradə Gülməmmədovanın oğlu Məhəmmıd Gülməmmədov, bacısı oğlu (İlkin), Oqtay Əsədovun cavanlıq dostu olan Qubadlının icra başçısı Malik İsaqovun oğlu Ramil İsaqov, Elmar Vəliyevin oglu Elmir Vəliyev, Nizami İsgəndərovun oğlu Cavid İsgəndərov, Qobustan rayon icra başçısının oğlu Fuad Məmmədov, Zaqatala, Göyçay və Quba rayonlarının icra basçısı olmuş Mübariz Ağayevin oğlu Hüseyn Ağayev, Oqtay Əsədovun öz bacısı oğlu, MM aparatının ağası sayılan Fuad Ələkbərov, Oqtay Əsədovun bacısı oğlunun əmisi oğlu Samir Ələkbərov və məşuqəsi, Oqtay Əsədovun bacısı oğlunun qaynı İlkin Məmmədov, Oqtay Əsədovun qudası Alı Qocayevin oğlu və qardaşı oğlu Kamil və İlham Qocayevler, Pedoqoji Universitetin rektoru Yusif Məmmədovun oğlu Cahid Məmmədov, Ramil Usubovun qohumu Həsən Şirinov, Eldar Əzizovun kürəkəninin qardaşı Teymur Tağıyev, Novruz Məmmədovun qardaşı oğlu Emil Məmmədov, Oğuz rayon icra başçısının kürəkəni Samir, Miri Qənbərovun nəvəsi İlahə və əri Emin, Hadi Rəcəblinin qudasının oğlu İlqar Əlizadə, Siyavuş Novruzovun qaynı Nofəl, Hicran Hüseynovanın qızı, (Analitik şöbədə) Şamaxının prokuroru Zakir Müslümovun oğlu Səid Müslümov, Səttar Möhbalıyevin qardaşı oğlu Cavid Möhbaliyev, Xələf Xələfovun qızı Ülkər Xələfova, iri tikinti maqnatlarının, bank rəhbərlərinin, bir neçə digər iri və orta statuslu məmur övladları, biznesmen uşaqlar, nazir müavinlərinin oğul və qızları

Vəziyyət o həddə catıb ki, 1 ailədən 3 nəfər – ər-arvad, qayınata, ər-arvad baldız – Aparatda müsabiqədən və müsahibədən kənar işə düzəlmişdi. Təbii ki, bu mənzərədən sonra o əməkdaşların çoxu işə gəlməyə-gəlməyə əmək haqqı alıb, işə gələnlər isə sərbəst şəkildə, iş vaxtını Milli Məclisin yeməkxanalarında çay içib zarafatlaşmaqla, kabinetlərdə yatmaqla keçiriblər. Nəticədə qiyməti yüzminlərlə ölçulən maşınlarla aradabir işə gələn bu “kadrlar”ın görməli olduğu lakin qabiliyyətsizlikləri ucbatından görmədikləri xidməti iş min bir əziyyətlə aparata işə düzəlmiş kasıb-kusub uşaqlarına gördürülüb və bu işi görənlərin əməyi fakitiki indi də istismar olunur. Bu yazılanlar son 14 ildə Aparatda baş verənlərin yalnız cüzi bir hissəsidir. Bunlardan əlavə, heç bir iş, bilik, bacarıq keyfiyyəti olmayan “kadrlar”ın və həmin kadrların məşuqələrinin adları Oqtay Əsədovun tapşırığı ilə dövlət qulluğunda fərqlənməyə görə medalı alanların siyahısına daxil edilib. Oqtay Əsədovun şəxsi mühafizəçisi və qohumu Rəşadın aparatdakı hegemonluğu isə ayrıca bir mövzudur. Bu haqda bir neçə ay əvvəl mediada geniş yazı da yayılmışdı. İş o həddə çatmışdı ki, Milli Məclisin adı acıqlanmayan hansısa komitə sədrinin müavininin adından da mediada yazı getmiş və o yazıda da qeyd olunmuşdu ki, Milli Məclis sanki icra basçılarının övladları üçün yaradılıb. Oqtay Əsədovun özü və ailəsinin Moskvada müəyyən obyektlər işlətməsi ilə bağlı mediada bir neçə ay əvvəl biabırçı yazılar da dolaşmışdı. Bu adam fəaliyyəti dövründə ancaq parlamenti hörmətdən salmaqla məşğul olub.

İndi sual yaranır, Milli Məclis rəhbərliyi tam dəyişildikdən sonra aparatda yuxarıda adları qeyd olunan şəxslərin (hamısı da olmasa, əksəriyyəti) bacarıqsız övladları vəzifədə saxlanılacaqmı? Yeni yaranmış vakant vəzifələrdə onlar irəli çəkiləcək, yoxsa həqiqətən iş yükünü çəkən savadlı yetkin kadrlar?

Digər dərd odur ki, Milli Məclisin əksər şöbə müdirlərinin yaşı 70-dən yuxarıdır. Kresloya kleylenmiş, kresloda yuxulayan, pilləkənləri əsə-əsə qalxan həmin təqaüdçülər yenədəmi vəzifəsində qalacaq? Köhnə hamam köhnə tasmı olacaq?

Bu sualların cavabını Milli Məclisin yeni sədri verməlidir.

İlham İlhamlı,

KONKRET.az

  • Elşən
    Aprel 8, 2020 - 14:34

    Yevlaxdan seçilən feputat İlham Məmmədovun oğlu Tural, Nizami Cəfərovun oğlu, Nizami rayon İcra Başçısının oğlu və daha nələr.

    • Rahim Axundov
      Aprel 8, 2020 - 23:34

      Ali qanunvericilik hakimiyyəti, yoxsa qohum əqraba biznesi

  • Afiq
    Aprel 8, 2020 - 16:13

    Salam;Mən ümumi səbəbdən ikinci qrup əlil vətəndaşam və ailəliyəm iki azyaşlı övladım var hec bir yerdədə işləmirəm.Mən dolanışıq vəziyyətimin acınacaqlı durumuna tap gətirə bilməyərək dövlətin tətbiq etdiyi aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı ilə bağlı dəfələrlə müraciət etdim lakin mənə dsmf-nun rayonumuzdakı mə’sul əməkdaşları bu hüquqdan məni məhrum etdilər və səbəb kimi göstərdilər ki kəntdə həyat yoldaşımın atasının adında pay torpağı var və həmin pay torpağında həyat yoldaşımında pay bölgüsü var həmin pay bölgüsünü daşınmaz əmlakın dövlət reyestri xidmətindən pay bölgüsünü götürüb və həmin torpağın cıxarışını almalıdır sözü gedən torpağın cıxarışını əldə etmək üçün notariat kontorunda 110 azn dövlət rüsümü ödənilməli və daşınmaz əmlakın dövlət reyestri xidmətində 350 azn dövlət rüsümü ödənilməlidir sonrada iki dənə nazirlik rəsmişi çıxır televiziya kanallarına deyir ki ünvanlı dövlət sosial yardımı vətəndaşlar üçün əl çatan etmişik məyər bu lazımsız maniyələr kasıb və fəqir vətəndaşlar üçün əl çatan ola bilərmi? Mən ayda cəmi 130 azn sosial pensiya alıram və bir ay müddətində bu vəsaitlə 4 nəfər ailə üzvləri dolanır. Mən bu sənədləri toplamaq üçün dövlət rüsümlərin ödənişlərin hardan tapım ki mən də ünvanlı sosial yardım ala bilim.Nəsə səbr edək Allah böyükdür yaradan da odur yaradanda.

  • Minuse
    Aprel 8, 2020 - 16:31

    Ehaliye dovlet yardimi

  • Rahim Axundov
    Aprel 8, 2020 - 22:33

    Salam.Mən ürək ağrısı ilə bu məqaləni oxudum.Mən 20 il Milli Məclisdə Beynəlxalq şöbədə işləmişəm.məsləhətçi vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim.Sonda da Oqtay Əsədov heç bir səhvim, günahım olmaya-olmaya məni məcburən hədə-qorxu və təzyiq nəticəsində ərizə yazdırıb işdən çıxartdı.Özü də Oqtay Əsədov İranda ola ola onun adından barəmdə sərəncam verilir.İmzasız sərəncam.Bu sərəncam da qanunun İnzibati İcraat haqqında qanuna görə qanunsuz və etibarsızdır və dərhal ləğv olunmalıdır.Amma nə qədər şikayət etsəm də, baxan yoxdur.

  • Toğrul
    Aprel 10, 2020 - 11:56

    Milli Məclis aparatında bütün işçılər imtahan olunmalıdıi. Hal-hazırda orda cox savadsız kadrlar işləyir. Operatordan tutulmuş yüklək vəzifə sahiblərinə qədər hamısının bilik səviyyəsi yoxlanılsın. Həftədə cəmi 3 gün işləyib yüksək əmək haqqı alan işçılər var Milli Məclisdə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*