“Axşam saat 00:00-dan sonra yalnız Ağdam və Tərtər istiqamətində sakitlik olub. Cənubda isə erməni tərəfi humanitar atəşkəsə əməl etməyib və cavabını artıqlaması ilə alıb”.
KONKRET.az Dominant.az-a istinadən xəbər verir ki, bunu cəbhədə olan jurnalist Səxavət Məmməd bildirib.
O, qeyd edib ki, hazırda Ağdam istiqamətində də atəşkəs pozulub: “Artıq dərinlik o qədər artıb ki, düşmənin bütün təminatı kəsilib. Bir neçə yerdə ağ bayraqlar da qalxıb”.
“Bu dərinliyin qarşılığında bir neçə gün öncə yazdığım sürpriz də gələcək”, – deyə S.Məmməd vurğulayıb.
