Buzovnada 3 qanunsuz tikintinin qarşısı alınıb: Söküntü işləri aparılır – FOTO/VİDEObackend

Buzovnada 3 qanunsuz tikintinin qarşısı alınıb: Söküntü işləri aparılır - FOTO/VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində keçirilmiş monitorinq zamanı üç tikinti obyektinin özbaşına inşa edilməsi müəyyən olunub.

KONKRET.az Komitəyə istinadən xəbər verir ki, aşkarlanmış qanunsuz tikinti işləri ilə bağlı Baş İdarə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və tikinti işlərinin davam etdirilməsinin qarşısı alınıb.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən sözügedən tikililərin sökülməsi istiqamətində lazımi tədbirlər görülür.

Baş İdarədən bildirib ki, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması, habelə şəhərin memarlıq simasının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*