“Caliber”: Xankəndidəki etirazların arxasında kim dayanır? – VİDEObackend

“Caliber”: Xankəndidəki etirazların arxasında kim dayanır? - VİDEO

Artıq ikinci gündür ki, Xankəndidəki ermənilər oyuncaq prezident Araik Aratunyana qarşı etiraz edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti videomaterialında məlumat verilir.

“Etirazların məhz indi baş verməsi heç də təsadüfi deyil. Belə ki, Ermənistanda keçirilən parlament seçkilərində başda Robert Köçəryan olmaqla Qarabağ klanının məğlub olduğu aydınlaşan kimi narazı ermənilər şəhərin mərkəzinə axışdılar. Bəs görəsən bu etirazların arxasında kim dayanır?”, – deyə süjetdə sual olunur.

Materialın müəllifləri kütləvi etirazların təşkili ilə əlaqədar bir neçə mümkün variant irəli sürürlər.

Daha ətraflı “Caliber”in növbəti süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*