Çaya aşan avtobusun içindən – VİDEObackend

Çaya aşan avtobusun içindən - VİDEO

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində körpüdən Moyka çayına aşan sərnişin avtobusunun içindən qəza anını əks etdirən görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, anın görüntülərini “112” teleqram kanalı yayıb.

Videodan avtobusun sürücüsünün idarəetməni itirdiyini görmək mümkündür. Avtobus çaya aşdıqda görüntülər yarıda kəsilib.

Xatırladaq ki, hadisə zamanı 7 nəfər həlak olub. Ümumilikdə avtobusda 20-yə yaxın sərnişinin olduğu bildirilir. Rusiyanın İstintaq Komitəsi qəza ilə bağlı cinayət işi başladıb, avtobusun sürücüsü saxlanılıb.

(Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*