backend

Cəbhədə son vəziyyət - Strateji qələbə tərəfimizdədir

Səhər saatlarından başlayaraq artilleriya döyüşü axşam saatlarına qədər davam etdi. Düşmən tərəfi yenə Tərtəri, Ağdamı artilleriya atəşinə tutdular.

Açığı dünən saat 17:30-dan sonra müşahidə etdiyim erməni artilleriyasının sıradan çıxması bu gün də davam etdi. Görünən odur ki, düşmənin cəbhəyə yaxın çıxarmağa topu qalmayıb. Yaşayış məntəqələri uzaqmənzilli toplardan və bunkerlərdə gizlədilmiş tanklardan atəşə tutulurdu. Ağdamın sağ cinahındakı erməni artilleriyası demək yoxa çıxıb.

Döyüşlər təbii ki, xüsusi taktika və strategiya ilə aparılır. Hər istiqamətin öz taktikası var. Cənub sürətli hücumla istədiyinə nail olur. Şimalda isə vəziyyət fərqlidir. İnsanların gördüyü artilleriya döyüşüdür. Məsələ ondadır ki, bu döyüş son dərəcə təmkin tələb edir. Vur, tükət, məhv et, az itki və nəticə. Görünməyən məsələ isə dərinliklərdədir.

Mənim sürpriz dediyim də, bax bu olacaq. Bir çox yerləri “peryod”la götürmək asandır. Sadəcə itkimiz çox olacaq, ona görə də, tükətmək ən gözəlidir. Açığı, erməni tərəfinin piyada qoşunları iflic olub. Ona görə, 3-3, 5-5 meşələrdə pusquya üstünlük verirlər. Bu isə mobil döyüş yox, sadəcə son çarədir. Azərbaycan tərəfinin buna cavabı isə doğru və yerindədir.

Bu nə pafosdur, nə də baş altına yastıq qoymaq, strateji qələbə tərəfimizdədir. Tək məsələ bunu faktiki qələbəyə çevirməkdir.

Səxavət Məmməd,

Dominant.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*