Yevlaxda 3 otaqlı ev yanıb.
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Havarlı kəndində baş verib.
Qısa qapanma nəticəsində yanğına məruz qalan 3 otaqlı fərdi yaşayış evi yanaraq yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası alovu söndürərək digər evlərə keçməsinin qarşısını alıb.
Qeyd edək ki, yanğının ilk anlarında evdə köməksiz vəziyyətdə qalan ev sahibi olan yaşlı qadın qonşuların köməyi ilə yanan evdən çıxarılaraq xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
