Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.