Çeçenistanda müxalifətçi bloger Tumso Abduraxmanovun 6 qohumu gecə oğurlandıbackend

Çeçenistanda müxalifətçi bloger Tumso Abduraxmanovun 6 qohumu gecə oğurlandı

Müxalif bloger Tumso Abdurahmanov Çeçenistan Respublikasında 6 qohumunun oğurlanması barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə bloger video yayımlayıb. Çeçenistanda yaşayan müxalifətçi blogerin ata və ana tərəfdən qohumlarının gecə saatlarında qaçırıldığı iddia edilir.

Tumso hesab edir ki, oğurlanma Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudovun qardaşı Məhəmməd Abduraxmanovun tənqidi ilə bağlı ola bilər.

Bundan əvvəl Abdurahmanovun qardaşı Məhəmməd YouTube-dakı AbdurakhmanOFF kanalında Çeçenistan parlamentinin sədri Maqomed Daudova və Türkiyədəki Ramzan Kadırovun əleyhdarlarına, xüsusən də Xasan Xalitova istinad edən video dərc edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*