Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.
Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
