Cəlilabadın 9 kəndində internet problemi yarandıbackend

Cəlilabadın 9 kəndində internet problemi yarandı

Cəlilabad rayonunun 9 kəndinə telefon xətlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xəttləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: “Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb yerə. İnternetdəki, demək olar ki, yox vəziyyətindədir”.

Problem ilə bağlı bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: “MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir:

“Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*