Ceyhun Bayramov Ermənistanın 6 bəndlik təklifinə münasibət bildirdibackend

Ceyhun Bayramov Ermənistanın 6 bəndlik təklifinə münasibət bildirdi

“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunun Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”, – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*