Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü – YENİLƏNİBbackend

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - YENİLƏNİB

“Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb. Görüşdən sonra tərəflər hansı nəticənin əldə olunduğu ilə bağlı bizə məlumat verəcəklər”, – Lavrov deyib.

***

Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən görüşlə bağlı məlumat yayıb.

XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*