Ciddi rəqiblə qarşılaşacağıq – Qurban Qurbanovbackend

Ciddi rəqiblə qarşılaşacağıq - Qurban Qurbanov

Çox intizamlı komandaya qarşı oynayacağıq.

KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin baş məşqçisinin uzun illər postunda olduğunu bildirib:

“Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir”.

Qeyd edək ki, “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*