Çin bankından Rusiya ilə bağlı SƏRT QƏRARbackend

Çin bankından Rusiya ilə bağlı SƏRT QƏRAR

Çin bankı “Çoujou Commercial Bank” müştərilərinə Rusiya ilə əməliyyatların dayandırılması barədə məlumat verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bankın menecerləri keçən həftə müştərilərinə maliyyə qurumunun hər hansı belarus və ya rus şəxsləri ilə münasibətləri dayandıracağı barədə məlumat veriblər. Şirkətlərdən birinin sahibi bildirib ki, bankın qərarına görə onun şirkəti artıq bir neçə sövdələşməni ləğv edib.

Ödənişlərin dayandırılması ilə əlaqədar logistikanın çökməsi demək olar ki, qaçılmazdır. Artıq fevralın 10-dan 17-dək ​mart ayına qədər mal ixrac etmək olduqca çətin olacaq. Qeyd edək ki, Çin bankı nisbətən yumşaq münasibətinə və qərargahının əlverişli coğrafi mövqeyinə görə Rusiya idxalçıları üçün əsas bank idi.

​Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*