Çin dünya ölkələrinə səsləndi: “Çaxnaşmaya düşməyin!”backend

Çin dünya ölkələrinə səsləndi: “Çaxnaşmaya düşməyin!”

Çin XİN başçısı Van İ dünya dövlətlərindən koronavirusa görə təlaş etməməyi və ölkəyə qarşı həddindən artıq məhdudlaşdırıcı tədbirlər tətbiq etməməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb.

Onun fikrincə, virusun yayılması ilə əlaqədar dünyada çaxnaşma hökm sürür, lakin bu, şişirdilmişdir. O hesab edir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün yalnız ağlabatan məhdudlaşdırıcı tədbirlər görülməlidir.

“Çin həddindən artıq tədbirlərə və hətta çaxnaşmaya qarşı çıxır”, – Van İ əlavə edib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan etdi. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, virusa, təxminən 20,5 min nəfər yoluxub. 426 nəfər vəfat edib, 657 nəfər sağalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*