Tacikistan və Çin süni intellekt əsasında fəaliyyət göstərəcək Milli Hesablama Mərkəzinin yaradılması imkanlarını birgə araşdırmaq barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, Tacikistan hökuməti gələcək mərkəzin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına dair nota mübadiləsi layihəsini təsdiqləyib.
Bu mərhələdə çinli mütəxəssislər araşdırmalar aparacaq və layihənin texniki və iqtisadi cəhətdən nə dərəcədə məqsədəuyğun olduğunu qiymətləndirəcəklər. Hazırda söhbət mərkəzin tikintisindən deyil, onun yaradılması üçün əsaslandırma sənədinin hazırlanmasından gedir.
Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün 1,2 milyon yuan ayrılacaq. Bu vəsait Çin tərəfindən qarşılıqsız yardım çərçivəsində təqdim ediləcək.
Ağagül Mürsəlov,
KONKRET.az
