Çin istənilən vasitə ilə Tayvan uğrunda döyüşməyə hazırdır. Çin adanın hərbi yolla öz tərkibinə qaytarılmasını istisna etmir.
KONKRET.az xəbər verir ki, bu sözləri Çinin Fransadakı səfiri Lu Şae YouTube kanalında Livre Noir-də canlı yayım zamanı deyib.
“Biz Tayvanı bütün vasitələrlə, o cümlədən hərbi yolla qaytaracağıq”, – diplomat adanın gələcək taleyinin müzakirəsi zamanı deyib.
Xatırladaq ki, Tayvan qismən tanınan dövlətdir. Onun hakimiyyət orqanları tam müstəqillik uğrunda mübarizə aparır.
Pekin isə adanı öz ərazisi hesab edir, baxmayaraq ki, Çin Kommunist Partiyası heç vaxt bu adanı idarə etməyib. Bunun əsasında son aylarda geniş vüsət alan münaqişə yaranıb.
Xuraman Etibarlı,
KONKRET.az
