Çin və Rusiyanın kosmik donanmaları təxminən 70 faiz artıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) “Kosmosda Təhlükəsizliyin Çətinlikləri 2022” adlı hesabatında bildirilib:
“2019-2021-ci illərdə Çin və Rusiyanın operativ kosmik donanmaları təxminən 70 faiz artıb. Bu son və davamlı artım Çin və Rusiyanın ümumi peyk donanmalarını 200 faizdən çox artırdığı 2015-2018-ci illəri izləyir”.
Hesabatda hər iki ölkənin peyk rabitəsinin (SATCOM), uzaqdan zondlama və naviqasiya texnologiyası kimi sahələrdə öz imkanlarını modernləşdirməyə çalışdığına diqqət çəkilib.
Bildirilib ki, Çin və Rusiyanın əks-kosmos imkanlarının inkişafı davam edir və orbital tıxaclar artmaqdadır.
Həmçinin hesabatda Çin və Rusiya ilə yanaşı, Şimali Koreya və İranın da kosmik tədqiqatlar apardığı bunun da ABŞ-ı xüsusilə narahat etdiyi vurğulanıb.
Çin və Rusiyanın peyk və kosmik fəaliyyəti ilə bağlı ətraflı məlumatların yer aldığı hesabatda aşağıdakılar qeyd edilib:
“Çin və Rusiya ABŞ-ın kosmos sistemlərdən asılılığından istifadə edərək, ABŞ-ın kosmosdakı mövqeyinə meydan oxumaq üçün müxtəlif layihələr hazırlayır. Pekin və Moskva özlərini aparıcı kosmik güclər kimi göstərməyə çalışırlar. Bu ABŞ-ın qlobal liderliyini sarsıtmaq məqsədi daşıyır”.
İqbal Rzayev,
KONKRET.az
