Çin Yerin müşahidə peyklərini orbitə buraxdıbackend

Çin Yerin müşahidə peyklərini orbitə buraxdı

Çin kosmosa 5 ədəd “JILIN-1” peyki göndərib. Bu peyklər “Gaofen” peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, peyk Şərqi Çin dənizində qurulan platformadan “Long March 11” raketi ilə buraxılıb. Peyklər planlaşdırılmış orbital mövqelərinə çatıblar.

Bildirilir ki, peyklər yerin izlənilməsi, şəhərsalma və fəlakətlərin monitorinqi məqsədləri üçün məsafədən zondlama xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çin, Yer kürəsini peykdən daha aydın şəkildə müşahidə etmək üçün ilk dəfə 2010-cu ildə “Gaofen” peykləri istehsal etməyə başladı. İlk peyk “Gaofen-1” 2013-cü ildə kosmosa göndərildi.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*