Çində ekstremal hava şəraiti səbəbindən 46 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Çin telekanalları yayıb .
Belə ki, iyunun 23-də Çinin mərkəzində dağlıq ərazidə baş verən sürüşmə azı 8 nəfərin həyatına son qoyub. Güclü yağışlar Quandun əyalətində daşqınlara səbəb olub ki, burada da azı 38 nəfər ölüb.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, Çinin bəzi hissələrinə 270 millimetrə qədər yağış yağa bilər, ölkədə güclü yağış cümə axşamına qədər davam edəcək.
Orxan
KONKRET.az
