Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin nüvə qüvvələrini gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilməsi qərarından sonra rəsmi Pekin Moskvanı təmkinli olmağa çağırıb.
“Bütün tərəflər sakitliyi qorumalı, təmkinli olmalı və gərginliyin artmasından qaçmalıdır”, – deyə Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin bildirib.
KONKRET.az-ın məlumatına görə, Çin nümayəndəsi bildirib ki, rəsmi Pekin hərbi qarşıdurmanı aradan qaldırmaq və sülh yolu ilə siyasi həllə nail olmaq üçün bütün səyləri dəstəkləyir.
