Çinin avtomobil şirkətlərini Türkiyədən qaçıran səbəblərbackend

Çinin avtomobil şirkətlərini Türkiyədən qaçıran səbəblər

Çinin ən böyük avtomobil istehsalçılarından olan “Great Wall” ölkədəki vəziyyəti diqqətlə öyrəndikdən sonra Türkiyəyə yönəltdikləri investisiyaları dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr iddia edir ki, bu qərara qeyri-sabit qaydalar və daim artan əmək xərcləri təsir edib. Eyni zamanda, investisiyalar haqqında düşünən digər istehsalçılar (Chery, Skywell, MG) hələ də danışıqları davam etdirirlər.

Çinlilər daha cəlbedici şərtlər və zəmanətlər gözləyir. Avtomobil istehsalçıları isə Fransa və Almaniyadan əlverişli təkliflər alıb.

Türk avtomobil istehsalçıları məhz Çin markalarına görə böyük çətinliklərlə qarşılaşıblar. Onlar rəqabəti durmadan uduzurlar və yeganə çıxış yolunu öz müəssisələrində Çin avtomobillərinin istehsalında görürlər. Lakin rəsmilərin danışıqların müsbət getməsi ilə bağlı açıqlamaları hələ ki, real nəticələrə çevrilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*