backend

Co Bayden: "Atəşi dayandırın"

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden Dağlıq Qarabağda vəziyyətlə bağlı narahatlığını ifadə edib və tərəfləri atəşin dayandırılmasına çağırıb.

Bu barədə KONKRET.az siyasətçinin qərargahına istinadən xəbər verir.

“Mən Dağlıq Qarabağda zorakılığın baş verməsindən çox narahatam və təcili olaraq gərginliyin azaldılmasına, atəşkəsin bərpasına və Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinə çağırıram”- o deyib.

Onun fikrincə, ABŞ təmas xətti boyunca müşahidəçi sayının artırılmasında israr etməlidir. Bundan əlavə, rəsmi Vaşinqton heç bir silahın hücum məqsədləri naminə istifadə olunmaması üçün yardım proqramlarını nəzərdən keçirməlidir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*