Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq?backend

Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Bahalaşacaq?

2026-cı ilin fevral ayının sonlarından etibarən qlobal buğda bazarında müşahidə olunan gərginlik ərzaq təhlükəsizliyi və qiymət sabitliyi ilə bağlı narahatlıqları artırıb. Dünya bazarında buğdanın bahalaşması fonunda Azərbaycanda çörəyin qiymətinin artıb-artmayacağı isə aktuallaşan əsas suallardan birinə çevrilib.

Bəs, mövcud vəziyyət ölkədə çörəyin qiymətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın buğda tələbatının böyük hissəsi idxal hesabına ödənilir:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Azərbaycan buğda tələbatının təxminən 75 faizini xaricdən idxal edir, yalnız 25 faizi yerli istehsal hesabına qarşılanır. Buna görə də dünya bazarında qiymət artımı birbaşa ölkə daxilində də öz təsirini göstərir. Bu qaçılmazdır. Buğdanın qiyməti nə qədər artarsa, Azərbaycanda da qiymət dəyişiklikləri müşahidə olunacaq”.

İqtisadçı qeyd edib ki, çörəyin qiymətində dəyişikliklər bir qədər fərqli mexanizmlərlə tənzimlənə bilər:

“Çörək Azərbaycanda sosial baxımdan həssas məhsuldur. Xüsusilə də “zavod çörəyi” ilə bağlı dövlət və bazar iştirakçıları daha ehtiyatlı davranır. Adətən belə hallarda qiyməti birbaşa artırmaq əvəzinə, çörəyin çəkisinin azaldılması yolu seçilir. Məsələn, çəkidə 50 qram və ya daha çox azalma ola bilər ki, bu da faktiki olaraq qiymət artımını dolayı şəkildə kompensasiya edir”.

Onun sözlərinə görə, digər çörək növlərində isə vəziyyət fərqlidir:

“Bazarda müxtəlif qiymət seqmentlərinə aid çörəklər var. Məsələn, Bakı şəhərində 2-3 manata satılan çörəklər də mövcuddur və bu, istehlakçı seçimindən asılıdır. Bu kateqoriyada qiymət dəyişiklikləri cəmiyyət tərəfindən daha az həssas qarşılanır.

Qlobal bazarlarda buğdanın qiymət dinamikası davam edərsə, Azərbaycanda da çörək və un məhsullarında müəyyən dəyişikliklərin qaçılmaz olması gözlənilir. Bununla belə, sosial həssaslıq nəzərə alınaraq əsas istehlak məhsullarında qiymətlərin kəskin artımının qarşısını almaq üçün alternativ tənzimləmə mexanizmlərinin tətbiqi ehtimalı daha yüksəkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*