COVID-19-a yoluxanların sayı 32 milyon nəfəri keçdi – SON STATİSTİKAbackend

COVID-19-a yoluxanların sayı 32 milyon nəfəri keçdi - SON STATİSTİKA

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 32 milyon nəfəri ötüb.

KONKRET.az-ın məlumatına görə, bu barədə pandemiyanın statistikasını aparan “Worldometer” saytı bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 milyon 110 nəfərə çatıb.

Onlardan 978 985 nəfəri ölüb, 23 556 281 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 119 713), Hindistanda (5 727 750) və Braziliyada (4 602 241) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*