COVID-19 peyvəndi hamı üçün əlçatan olacaq – ÇİN hökumətindən RƏSMİ AÇIQLAMAbackend

COVID-19 peyvəndi hamı üçün əlçatan olacaq - ÇİN hökumətindən RƏSMİ AÇIQLAMA

Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.

Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir.

“Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir” – Çjıqan deyib.

Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*