COVID-19-un yaşlılarda yaratdığı fəsadlar AÇIQLANDIbackend

COVID-19-un yaşlılarda yaratdığı fəsadlar AÇIQLANDI

Koronavirusdan əziyyət çəkən yaşlı insanlarda xəstəlikdən sonra D vitamini çatışmazlığı ilə əlaqəli sümük sınması riski artır.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı travmatoloq-cərrah Konstantin Ternovoy bildirib.

“Koronavirus infeksiyasından sonra D vitamini səviyyəsi kəskin şəkildə azalır. Bu vitamin kalsiumun sümüklərə çatdırılmasından məsuldur. Yəni D vitamini çatışmazlığı sümüklərin kövrəkliyinə və yaşlı insanlarda onların sınmasına səbəb ola bilər”, – deyə o qeyd edib.

Ternovoy əlavə edib ki, xəstələrin təxminən 20 faizi koronavirus zamanı şiddətli sümük və oynaq ağrısından şikayətlənir. Bu şikayətlərin xəstəliyin bitməsindən iki-üç həftə sonra da qalması mümkündür.

Həkimin sözlərinə görə, COVD-19 tromboza səbəb olduğundan demək olar ki, bütün orqan və oynaqlar bundan təsirlənir, sümük və oynaqlarda qan tədarükü pozulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*