Konstantin Zatulini təqdim etməyə ehtiyac yoxdur. Hansı vəzifədə olur-olsun, ermənipərəst mövqeyi hər şeyi bəlli edir.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə anti-azərbaycan fikirlər bildirib. O, ermənilərin xoşuna gəlmək və bunun müqabilində bağlamalarla dram əldə etmək üçün dəridən-qabıqdan çıxır.
Hər dəfə yeni sərsəmləmələri ilə gündəmə gələn Zatulin yenə adətindən qalmayıb. O, Azərbaycan ərazisində yerləşən və qədim albanlara məxsus Dadivəng, Gəncəsər, və Amaras monastırlarının ermənilərin olduğunu deyib.
“Dadivank, Amaras və Qandzasar erməninindir. Bu monastırları mifik “alban” monastırları kimi tanıyan Türkiyəni alqışlayan rus vətənpərvərlərini başa düşə bilmirəm…” – deyə o, yenə sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az