Dağıntılar altında körpə DOĞULDU – Ana doğuşdan sonra ÖLDÜ – VİDEObackend

Dağıntılar altında körpə DOĞULDU - Ana doğuşdan sonra ÖLDÜ - VİDEO

Suriyanın Hələb şəhərində bir qadın binanın dağıntıları altında uşaq dünyaya gətirib.

KONKRET.az xəbər verir ki, fevralın 6-da Suriyanın Hələb şəhərində zəlzələdən sonra dağıntılar altında bir uşaq dünyaya gəlib.

Anasını xilas etmək mümkün olmayıb, o, doğuşdan dərhal sonra dünyasını dəyişib.

Sosial şəbəkədə yayılan görüntülərdə xilasedicilərin körpəni dağıntılar arasından çıxardıqları görünür. Yenidoğulmuşun bədənində xəsarət yoxdur. Onun vəziyyətinin təfərrüatları hələlik açıqlanmır.

Xatırladaq ki, 1939-cu ildən bəri ölkədə ən güclü təkanlar – 7,8 bal gücündə fevralın 6-da səhər tezdən başlayıb. Bir neçə saat sonra Türkiyənin mərkəzi hissəsində 7,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Sutka ərzində zəlzələlər davam edib.

Çoxlu insan tələfatı və dağıntılar var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*