Daha 82 nəfər koronavirusa yoluxdu – Dörd nəfər vəfat etdibackend

Daha 82 nəfər koronavirusa yoluxdu - Dörd nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 82 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 022 nəfər müalicə olunaraq sağalıb, 10 026 nəfər vəfat edib, aktiv xəstə sayı 473 nəfərdir.

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 574 219 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*